May 24 2021 12:04
Elshad Aliyev
Views: 90

Ötən il sosialyönlü xərclərə aid olan əməyin ödənişi üzrə xərclərə 6196,7 milyon manat (2019-cu illə müqayisədə 1199,6 milyon manat və ya 24,0 % çox), sosial ödənişlər üzrə xərclərə 3060,4 milyon manat (2019-cu illə müqayisədə 906,8 milyon manat və ya 42,1% çox), dərman, sarğı ləvazimatları və materiallarının alınması üzrə 313,2 milyon manat vəsait yönəldilib.

APA-nın məlumatına görə, bu, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.

Layihədə qeyd olunub ki, məcmu olaraq həmin xərclər 2020-ci il dövlət büdcəsi xərclərinin 36,5%-i və ya 9654,2 milyon manatını təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 1892,9 milyon manat və ya 24,4% çoxdur.

Son 5 ildə (2016-2020) sosialyönlü xərclərin dövlət büdcəsinin xərclərində xüsusi çəkisi 1,4 faiz-bənd, natural ifadədə 3417,1 milyon manat və ya 1,6 dəfə artıb.


Create Account



Log In Your Account