Aug 14 2020 12:58
Elshad Aliyev
Views: 56

Son gündə Qırğızıstanda COVID-19 koronavirusuna 304 nəfər yoluxub və bu virusa yoluxanların ümumi sayı 41 min 373 nəfərə çatıb.

AZƏRTAC Qırğızıstan Koronavirusla Mübarizə üzrə Respublika Qərargahına istinadla xəbər verir ki, son sutkada virusdan 4 nəfər vəfat edib və ölənlərin sayı 1491 nəfərə çatıb.

Bildirilib ki, son 24 saatda 15, indiyədək isə 3 min 6 tibb işçisi bu virusa yoluxub.

Qeyd olunub ki, ötən gecə Rusiyanın Novosibirsk şəhərindən Bişkekə 171 Qırğızıstan vətəndaşı gətirilib.


Create Account



Log In Your Account