May 30 2020 10:30
Elshad Aliyev
Views: 54

Son iki gündə Tacikistanda COVID-19 virusuna yoluxanların sayı 262 nəfər artaraq 3686 nəfərə çatıb.

AZƏRTAC Tacikistan Səhiyyə Nazirliyinin Mətbuat xidmətinə istinadla xəbər verir ki, indiyədək ölkədə 1769, son sutka ərzində isə 331 nəfər sağalıb, 47 xəstə ölüb. Hazırda 2228 nəfər karantindədir.

Ölkənin 85 xəstəxanasında koronavirusla mübarizəyə 8 minə yaxın həkim, 25 mindən artıq orta tibb işçisi cəlb olunub.


Create Account



Log In Your Account