Apr 09 2020 10:53
Elshad Aliyev
Views: 73

Son 24 saat ərzində Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 555-ə çatıb.

AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, koronavirusa yoluxan 21 xəstə stasionar və ev şəraitində karantində olanların hesabına artıb.

Xatırladırıq ki, bu ölkədə ilk dəfə koronavirus martın 15-də Fransadan Daşkəndə gələn Özbəkistan vətəndaşında aşkar olunub.

Bu günə qədər ölkədə bu virusdan 30 nəfər sağalıb, 3 nəfər isə həyatını itirib.

Hazırda Özbəkistanda stasionar və ev şəraitində karantində 88 698 nəfər var.


Create Account



Log In Your Account