May 30 2020 12:30
Elshad Aliyev
Views: 161

Son sutka ərzində Misirdə COVID-19 virusuna rekord sayda - 1279 yoluxma halı qeydə alınıb. Beləliklə, bu ölkədə yeni növ koronavirusa yoluxanların ümumi sayı 22 082 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, Misirin Səhiyyə Nazirliyi mayın 29-da COVID-19 virusundan daha 34 pasiyentin həyatını itirdiyini, ölənlərin sayının isə 879 nəfərə çatdığını bildirib. Nazirliyin mətbuat katibi Xalid Meqahed əlavə edib ki, son sutka ərzində 152 koronavirus xəstəsi sağalıb, ümumilikdə isə ölkədə fəaliyyət göstərən 17 karantin xəstəxanasında 5511 pasiyent tam müalicə olunub.

Yeni növ koronavirusdan həyatını itirənlərin arasında “Əl-Cümhuriyə” qəzeti baş redaktorunun müavini Fəthi Əl-Səravi də var. O, Misirdə COVID-19 virusundan dünyasını dəyişən ikinci jurnalistdir.


Create Account



Log In Your Account