Aug 14 2020 14:23
Elshad Aliyev
Views: 51

Son 24 saatda Özbəkistanda COVID-19 koronavirusuna 671 nəfər yoluxub, pandemiya dövründə yoluxanların sayı 33 min 561 nəfərə çatıb.

AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son sutkada virusdan 7 nəfər vəfat edib və ölənlərin sayı 218 nəfərə çatıb.

Bildirilir ki, xəstəxanalarda 6 min 130 nəfər var, onların 1340-nın vəziyyəti ağır, 410-nın isə kritikdir.

Xatırladırıq ki, avqustun 15-dək ölkədə karantin rejimi qüvvədədir.


Create Account



Log In Your Account