Apr 06 2020 09:35
Elshad Aliyev
Views: 61

Son 12 saat ərzində Özbəkistanda COVID-19-a yoluxanların sayı 44 nəfər artaraq 342-yə çatıb.

Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə verilən məlumata görə, yeni yoluxanlar karantində olanlardır.

Özbəkistanda indiyədək bu virusdan 30 nəfər sağalıb, 2 xəstə dünyasını dəyişib. Ölkə ciddi özünütəcrid rejiminə keçib, velosiped və skuterlər ilə küçəyə çıxmaq da qadağan edilib. Aprelin 6-dan etibarın bazar və supermarketlərin girişində hər kəsin hərarəti yoxlanılacaq. Hərarəti 37-dən yuxarı olan şəxslər içəriyə buraxılmayacaq və onlara həkimə müraciət etmək tövsiyə olunacaq.

Nazirliyin məlumatına görə, hazırda stasionar və ev şəraitində karantində 100 mindən çox adam var.


Create Account



Log In Your Account