Jun 24 2017 12:45
Ferah Sabirqizi
Views: 597

Bu gün "Formula-1" Azərbaycan Qran-prisinin sıralama turu baş tutacaq. Yarışa saat 17.00-da start veriləcək. Təxminən bir saatdan sonra isə, Formula-1 pilotlarının sonuncu sərbəst yürüşü keçiriləcək.

Yarışda 10 komandanın hər birindən 2 pilot mübarizə aparır. Onlar Azadlıq meydanından başlayaraq, Qız Qalası, İçəri Şəhər və Azneft dairəsindən keçməklə saat əqrəbinin əksi istiqamətində 51 dövrə vuracaqlar. Bakıda ardıcıl ikinci ildir təşkil olunan “Formula-1” yarışının əsas hissəsi isə iyunun 25-də olacaq. Azərbaycan qran-prisi "Formula-1"in 2017-ci il mövsümünün sayca 8-ci mərhələsidir. İndiyədək “Mersedes" komanda hesabında 222 xalla liderdir. Sürücülərin sıralamasında isə 141 xalla "Ferrari"nin pilotu Sebastiyan Fettel ilk pillədə qərarlaşıb.


Create Account



Log In Your Account