Mar 13 2020 13:41
Elshad Aliyev
Views: 40

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət müəssisələrində koronavirus (COVID-19) əleyhinə mütəmadi olaraq dezinfeksiya işləri aparılır.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrası işləri çərçivəsində sosial müəssisələrdəki bütün bölmə və guşələr dezinfeksiya edilir. Eyni zamanda, profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə bu müəssisələrdə sanitar-gigiyenik vəziyyətə ciddi nəzarət həyata keçirilir.

Fondun əhalinin həssas qrupundan olan şəxslər üçün 15 sosial xidmət müəssisəsi fəaliyyət göstərir. Sosial xidmət müəssisələrində 1100-dən çox şəxs daimi dövlət təminatında olmaqla stasionar şəraitdə reabilitasiyayönümlü sosial xidmətlərlə təmin edilir.


Create Account



Log In Your Account