Jan 27 2017 18:06
Ulviyye Sabirqizi
Views: 2205

Paytaxtın "Sovetski" adlanan ərazisində güclü yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramovun verdiyi məlumata görə, hadisə Şahmat məktəbinin yaxınlığında qeydə alınıb.

3 mərtəbəli yaşayış binasında başlayan yanğının miqyası hazırda böyüyüb. Hadisə yerinə 10 yanğınsöndürən maşını və çox sayda canlı qüvvə cəlb olunub.

Məlumata görə, yanğının güclənməsində səbəb həmin binanın taxta konstruksiyadan ibarət olmasıdır.

 


Create Account



Log In Your Account