Sep 16 2020 17:32
Elshad Aliyev
Views: 126

İspaniyanın Səhiyyə Nazirliyinin məlumatına görə, bu ölkə COVID-19 əleyhinə vaksinin istehsalı üçün seçilib.

AZƏRTAC xəbər verir ki, Amerikanın “Novavax” əczaçılıq şirkəti İspaniyanın “Zendal” bioəczaçılıq qrupunun Pontevedra bələdiyyəsində yerləşən Porrinyo mənzil-qərargahında öz vaksininin sənaye miqyasında istehsalına cavabdeh olacağını elan edib. Vaksin ABŞ hüdudlarından kənardakı bazarlara tədarük ediləcək.

İspaniya tərəfi ilə razılaşma İspaniya əczaçılıq sənayesi və gələcəkdə hazırlanacaq COVID-19 əleyhinə vaksinin istehsal həcminin artırılması üçün mühüm stimul olacaq.


Create Account



Log In Your Account