May 13 2020 15:24
Elshad Aliyev
Views: 62

İspaniya hökuməti iyul ayına qədər ölkə sərhədlərini xarici vətəndaşlar üçün bağlı saxlamağı planlaşdırır. APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə İspaniya Xarici İşlər Nazirliyindəki (XİN) mənbə bildirib. 

Məlumata görə, hökumət pandemiyanın ikinci dalğasının başlamasından ehtiyat edir. 

Bildirilib ki, ölkədə fövqəladə vəziyyət və karantin rejiminin müddəti mayın 24-də bitsə də, hökumətin bu müddəti uzadacağı gözlənilir.

“Turizm İspaniya iqtisadiyyatı üçün nə qədər vacib olsa da, hər bir halda səyahətlə bağlı qadağaların mayın 24-də bitməyəcəyi gözlənilir. Nə zaman normal vəziyyətə qayıtsaq, o zaman da Şengen ölkələri ilə sərhədi açacağıq. Bu ölkələrlə sərhədlərin açılması iyulun əvvəllərinə gözlənilir”, XİN-dən olan mənbə qeyd edib. 


Create Account



Log In Your Account