May 22 2020 10:07
Elshad Aliyev
Views: 44

Koronavirus pandemiyası üzündən dayandırılan İspaniya çempionatı iyunun 12-də bərpa olunacaq.

Apasport.az saytının məlumatına görə, La Liqanın bərpadan sonrakı ilk matçı da müəyyənləşib.

Çempionatın yenilənmiş təqvimində növbəti matç Sevilya derbisi olacaq. “Sevilya” və “Betis” La Liqanın bərpasını rəsmiləşdirən matçda münasibətlərini aydınlaşdıracaq. Digər qarşılaşmaların təqvimi mayın 28-də açıqlanacaq.

Qeyd edək ki, hazırda “Sevilya” turnir cədvəlində 3-cü, “Betis” 12-cidir.


Create Account



Log In Your Account