May 06 2020 16:03
Elshad Aliyev
Views: 120

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş Zirvə görüşünün keçirilməsi ilə bağlı İspaniyanın EFE Beynəlxalq xəbər agentliyi və La Vanguardia qəzetinin elektron versiyasında geniş materiallar dərc edilib.

AZƏRTAC xəbər verir ki, yazılarda Azərbaycan Prezidentinin Zirvə görüşündə səsləndirdiyi fikirlərə yer verilir, Prezident İlham Əliyevin pandemiyaya qarşı mübarizədə birgə addımların atılması məqsədilə Qoşulmama Hərəkatının üzvlərini həmrəyliyə dəvət edən çağırışlarla çıxış etdiyinə diqqət çəkilir.

Tədbir zamanı BMT-nin Baş katibi Antoniu Quterriş və Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vise-prezidenti Josef Borrellin videomüraciətlərinin dinlənilməsi, Qoşulmama Hərəkatının bir sıra dövlət başçılarının, eləcə də beynəlxalq təşkilatların nümayəndələrinin çıxışları barədə ətraflı məlumat verilir, videokonfransın yekununda birgə Bəyannamənin yayıldığı nəzərə çatdırılır.

Qeyd olunur ki, Zirvə Görüşü COVID-19 ilə mübarizədə qalib gəlmək üçün multilaterazmin və əməkdaşlığın gücləndirilməsi və ÜST-ə dəstəyin artırılması çağırışı ilə yekunlaşıb.


Create Account



Log In Your Account