May 21 2020 15:52
Elshad Aliyev
Views: 45

İspaniya parlamenti yeni koronavirusa qarşı mübarizə məqsədilə martın 15-dən qüvvədə olan karantinin müddətinin daha iki həftə, yəni iyunun 6-dək uzadılması təklifini bəyənib.

AZƏRTAC xəbər verir ki, İspaniyanın Baş naziri Pedro Sançes karantinin rejiminin beşinci dəfə, lakin daha yumşaq formada uzadılmasına Konqresin razılığını alıb.

P.Sançesin sözlərinə görə, bu, virusun yayılmasını dayandırmağın yeganə mümkün üsuludur. Baş nazir əminliklə deyib ki, əgər bu strategiyaya riayət edilməsəydi, İspaniyada yoluxanların sayı 30 milyona, ölənlərin sayı isə 300 minə çatardı.

İspaniya COVID-19 pandemiyasından ən güclü zərər çəkmiş ölkələrdən biridir. Burada yoluxanların sayı 279.524, ölənlərin sayı isə 27.888 nəfərə çatıb.


Create Account



Log In Your Account