Apr 23 2020 14:15
Elshad Aliyev
Views: 53

İspaniyada son sutkada 440 nəfər koronavirusdan vəfat edib. 

APA-nın "El Pais"ə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da ölkədə bu günə kimi COVID-19 virusuna yoluxaraq ölənlərin sayı 22 157 nəfərə çatıb. 

İspaniyada son bir gündə koronavirusa 4635 yoluxma qeydə alınıb ki, ölkədə indiyədək COVID-19 virusuna yoluxanların sayı 213 024 nəfərə çatıb. Xəstəlikdən 89 000 nəfər sağalıb. 


Create Account



Log In Your Account