Apr 28 2020 13:49
Elshad Aliyev
Views: 69

İspaniyada son 24 saat ərzində yeni növ koronavirusdan (COVID-19) 301 nəfər vəfat edib.

APA-nın “El Pais” nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə İspaniya Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İspaniyada indiyə kimi koronavirusdan ölənlərin sayı 23 822 nəfərə çatıb.

İspaniyada son 24 saat ərzində 1308 yeni yoluxma faktı qeydə alınıb. Ölkədə koronavirusa yoluxma sayı 210 773 nəfərə çatıb.

İndiyədək COVID-19 virusuna yoluxanlardan 102 548 nəfər sağalıb.


Create Account



Log In Your Account