Apr 25 2020 15:05
Elshad Aliyev
Views: 273

İspaniyada son 24 saat ərzində koronavirusdan 378 nəfər vəfat edib.

APA-nın "El Pais"ə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. 

Ölkədə bu günədək COVID-19 virusuna yoluxaraq vəfat edənlərin sayı 22902-yə çatıb.

Nazirliyin məlumatına görə, son sutka ərzində 2944 nəfərdə virusa yoluxma aşkar edilib. İndiyədək ölkədə bu virusa yoluxanların sayı 220 mini keçib, onlardan 95708 nəfər artıq sağalıb.


Create Account



Log In Your Account