Apr 22 2020 14:15
Elshad Aliyev
Views: 65

İspaniyada son sutka ərzində yeni növ koronavirusdan 435 nəfər vəfat edib.

APA-nın "El Pais"ə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

İspaniyada indiyə kimi koronavirusdan ölənlərin sayı 21 717 nəfərə çatıb.

Nazirliyin məlumatına görə, bu günə kimi ölkədə 208 389 nəfər COVID-19 virusuna yoluxub ki, onlardan 85 915 nəfər sağalıb.


Create Account



Log In Your Account