Mar 31 2020 16:31
Elshad Aliyev
Views: 156

İspaniyada sutka ərzində yeni koronavirus xəstəliyi səbəbindən 849 nəfər həyatını itirib. Bu, ölkədə bir sutkada rekord ölüm sayıdır.

AZƏRTAC “El Pais” qəzetinə istinadla xəbər verir ki, məlumat İspaniya Səhiyyə Nazirliyi tərəfindən yayılıb. Bundan əvvəlki maksimum göstərici martın 29-da qeydə alınmişdi – 838 nəfər.

Ümumilikdə İspaniyada indiyə qədər yeni virus səbəbindən 8189 nəfər ölüb. Sutka ərzində koronavirusa yoluxanların sayı 9 min nəfər artaraq 94 min 417-yə çatıb, 19 min nəfər isə sağalıb.

Xatırladaq ki, İspaniya virusa yoluxanların sayına görə ABŞ və İtaliyadan sonra dünyada üçüncü yeri tutur. Mütəxəssislərin fikrincə, COVID-19 epidemiyası İspaniyada İtaliyadan daha sürətli və geniş yayılır.


Create Account



Log In Your Account