Jan 24 2021 10:00
Bakhtiyar Hasanov
Views: 63

İspaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Miqel Anhel Vilyarroya yeni növ koronavirus infeksiyasına qarşı peyvənd edildikdən sonra yaranan narazılıqlara görə istefa verib.

CBC xəbər verir ki, bu barədə “Europa Press” agentliyi məlumat yayıb.

General növbədənkənar vaksin vurdurmaqda günahlandırılır. Nəticədə Baş Qərargah rəisi Müdafiə naziri Marqarita Roblesə istefa ərizəsini təqdim edib. Nazir də öz növbəsində istefanı qəbul edib.

Miqel Anhel Vilyarroya müəyyən edilmiş protokol qaydalarını izlədiyini və tutduğu mövqedən istifadə etmədiyini bildirib.


Create Account



Log In Your Account