Jun 10 2021 16:00
Elshad Aliyev
Views: 104

Avropa Olimpiya Komitəsinə prezident seçkiləri keçirilib.

Apasport.az saytının məlumatına görə, bu vəzifəyə Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos seçilib.

O, qurumun tarixinə 9-cu prezident kimi düşüb. Kapralos növbəti 4 il ərzində komitəyə rəhbərlik edəcək.

66 yaşlı yunanıstanlı sabiq vaterpolçudur. O, 1980-ci və 1984-cü illərdə Olimpiadanın iştirakçısı olub.

Qeyd edək ki, prezident seçkiləri iyunun 1-də sabiq rəhbər Yanze Koçiyançiçin ölümündən sonra zəruri olub. 2017-ci ildən bu postu tutan funksionerin ölümündən sonra vəzifəni müvəqqəti Nils Nyuqor tutub.


Create Account



Log In Your Account