Apr 13 2021 18:00
Elshad Aliyev
Views: 144

İsrail koronavirus əleyhinə peyvənd olunmuş və xəstəlikdən sonra anticisimlər qazanmış turistlər üçün sərhədlərini mayın 23-dən etibarən açır.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə İsrail Turizm Nazirliyinin Rusiya və MDB ölkələri üzrə departamenti məlumat yayıb.

“Səhiyyə və Turizm nazirliklərinin birgə işçi qrupu mayın 23-dən etibarən İsrail sərhədlərinin koronavirus əleyhinə peyvənd olunan və xəstəlikdən sağalan turistlər üçün açılması barədə qərar qəbul edib. Bu, ilk mərhələdə müəyyən edilmiş kvotalara uyğun kiçik qruplar şəklində olacaq. İlkin nəticələrin analizindən sonra turist axınının artırılması imkanları nəzərdən keçiriləcək”, - deyə məlumatda bildirilir.

Departament qeyd edib ki, bütün turistlər reysdən öncə koronavirus testi, Ben-Qurion aeroportuna çatdıqda isə anticisimlərin mövcudluğu üzrə test verməli olacaqlar.


Create Account



Log In Your Account