Sep 12 2018 12:39
Naile Hesenova
Views: 86

İsrailin müdafiə naziri Aviqdor Libermanın Azərbaycan səfər proqramı açıqlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, onun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 13-də Azərbaycana rəsmi səfərə gələcək.

Səfər çərçivəsində İsrail nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Görüşlərdə regional təhlükəsizlik, Azərbaycan və İsrail arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri və maraq doğuran digər məsələlər müzakirə olunacaq.

 


Create Account



Log In Your Account