Mar 17 2020 10:07
Elshad Aliyev
Views: 45

Dövlət sərhədindən buraxılış məntəqələrinin fəaliyyəti ilə bağlı vətəndaşların müraciət və sorğularının operativ şəkildə cavablandırılması üçün Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətində 16-58 qısa nömrəli qaynar xətt xidməti fəaliyyətə başlayıb.

Bu barədə APA-ya Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.

Məlumata görə, sabit telefon şəbəkəsinin abunəçiləri üçün yığım qaydası, Bakı şəhəri üzrə - 16-58, bölgələr üzrə - 012-16-58, mobil telefon şəbəkələrinin abunəçiləri üçün- 16-58 təyin edilib.


Create Account



Log In Your Account