Apr 24 2020 16:33
Elshad Aliyev
Views: 134

“Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) 194 üzv ölkə var. Hər ölkədə də əhali sayına və gəlirlərə uyğun illik ödəniş edilir. ABŞ, Almaniya, Norveç, xüsusilə Qərbi Avropa ölkələri bəzi layihələr üçün ekstra pul verirlər”.

APA-nın məlumatına görə, bunu virtual mətbuat konfransında ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı ABŞ-ın təşkilata maliyyə dəstəyini dayandırmasına münasibət bildirib. 

O bildirib ki, ABŞ-ın ÜST-ə maliyyə dəstəyini dayandırmasının Azərbaycan nümayəndəliyinə təsiri olmayıb.

“Cenevrədəki mərkəzi ofisimizdən əldə etdiyimiz məlumata görə, ABŞ-ın maliyyə dəstəyini dayandırmasının ÜST-ə necə təsir edəcəyi müzakirə olunur. ABŞ-ın bu məsələ ilə bağlı fikrini dəyişməsi ÜST-ün maliyyələşməsi baxımından çox vacibdir”, - deyə H. Harmancı qeyd edib. 

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Tramp ÜST-ə maliyyə dəstəyini dayandırdığını açıqlayıb.


Create Account



Log In Your Account