Mar 10 2020 16:06
Elshad Aliyev
Views: 89

"Azərbaycanda 11 nəfərin koronavirusa yoluxmasının dərhal deyilməsi yaxşı haldır. Bütün hökumətlər yoluxma halı olduqda 48 saat içində xəbər verməlidirlər".

APA xəbər verir ki, bunu mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. Onun sözlərinə görə, xəstəliyin yayılmasının 3 mərhələsi var və Azərbaycan ilk mərhələdədir: "Azərbaycan hökuməti xəstəliyə yoluxma halını sərhəddə aşkarlaya bilir. Virusu içəri daxil etməməyə çalışırlar".

H.Harmancı qeyd edib ki, hər yerdə olduğu kimi  Azərbaycanda da koronavirusdan ölüm halı ola biləcək.  Virus yayılıbsa, ölüm halınının olmamasını gözləyə bilmərik".


Create Account



Log In Your Account