May 01 2020 17:00
Elshad Aliyev
Views: 160

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVİD-19-un yaranma səbəbinin araşdırılması prosesində iştirak etmək üçün Çindən rəsmi dəvət gözləyir.

APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə ÜST-ün rəsmi nümayəndəsi Tarik Yazareviç bildirib.

O deyib ki, ÜST Çin hökumətinin dəvəti ilə beynəlxalq əməkdaşlarla birlikdə virusun heyvandan keçməsinin öyrənilməsində iştirak etməkdən məmnun olardı.

“ÜST hesab edir ki, Çində yeni növ koronavirusun yaranma səbəbi öyrənilir. Hazırda isə ÜST Çininin bu araşdırmalarında iştirak etmir”, - deyə ÜST nümayəndəsi qeyd edib.

T. Yazareviç Çində aparılan bu araşdırmaların gələcəkdə heyvanların daşıyıcısı olduqları virusların insana keçmə ehtimalının qarşısının alınmasında müstəsna rolunun ola biləcəyini vurğulayıb. 


Create Account



Log In Your Account