May 01 2020 15:37
Elshad Aliyev
Views: 338

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı hazırda bir sıra ölkələrdə koronavirusa yoluxan uşaqlarda daha sonra damar iltihabının yaranmasına dair məlumatlara münasibət bildirib. 

APA-nın məlumatına görə, ÜST-ün onlayn brifinqində danışan H. Harmancı deyib ki, hazırda ÜST-ün Cenevrədəki mərkəzi ofisi bu məsələni araşdırır: "Orada hər gün minlərlə insanla danışıqlar aparılır. Hazırda COVİD xəstələri ilə işləyən həkimlərdən ibarət qrup da var. Onlarla hər gün onlayn konfransla əlaqə saxlanılır. Orada da bu məsələ müzakirə olunub, amma hazırda bu xəstəliklə bağlı dəqiq bir şey demək mümkün deyil. Uşaqların sağlamlığı bizim üçün çox vacibdir. Ancaq bir şeyi də deyim ki, kronavirus xəstəliyi uşaqlarda daha yüngül simptomlarla keçir. Ölümlər də olur, amma çox az saydadır, yəni uşaqlar üçün bu xəstəlik o qədər də riskli deyil. Hazırda yayılan xəstəliklə bağlı məsələ araşdırılır".


Create Account



Log In Your Account