Mar 06 2020 14:48
Elshad Aliyev
Views: 36

Dünyada 98 782 nəfər koronavirusa yoluxub.

APA-nın Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) istinadən verdiyi xəbərə görə, indiyədək 3390 nəfər koronavirusdan ölüb.  

Virusa yoluxanlardan 55 804 nəfər sağalıb.

Hazırda 39 588 nəfərin xəstəliyi davam edir. Onlardan 33 350 nəfərin vəziyyəti stabildir, 6238 nəfərin vəziyyəti isə ciddidir.

Koronavirusun kütləvi yayıldığı ölkələr Çin, Cənubi Koreya, İtaliya və İrandır.


Create Account



Log In Your Account