Mar 04 2020 13:40
Elshad Aliyev
Views: 44

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus xəstəliyinə yoluxma hallarına dair martın 3-nə olan məlumatı açıqlayıb.

APA-nın xəbərinə görə, təşkilatın məlumatına əsasən, son 24 saat ərzində Andorra, İordaniya, Latviya, Mərakeş, Portuqaliya, Səudiyyə Ərəbistan, Seneqal və Tunisdə koronavirus xəstəliyinə (COVlD-19) ilk yoluxma halları qeydə alınıb.

Təsdiqlənmiş yoluxma hallarının sayı:

Dünyada: 90 870 (1922 yeni)

Çində: 80 304 130 yeni)

2946 ölüm halı (31 yeni)

Çinin xaricində:

10 566 yoluxma halı (1792 yeni)

72 ölkə (8 yeni)

166 ölüm halı (38 yeni)

ÜST koronavirusla bağlı risk qiymətləndirilməsini Çində, regional və qlobal səviyyədə çox yüksək hesab edir.


Create Account



Log In Your Account