Apr 06 2021 18:11
Elshad Aliyev
Views: 165

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə Çin vaksinlərinin təsdiqlənməsini aprelin sonlarında müzakirə etməyi planlaşdırır.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə ÜST-ün nümayəndəsi Marqaret Harris bildirib.

Onun sözlərinə görə, təşkilatın “Sinovac” və “Sinopharm” vaksinlərinin təcili istifadə siyahısına daxil edilməsi məsələsini aprelin sonlarında nəzərdən keçirməsi gözlənilir.

M. Harris qeyd edib ki, məsələ ümid edildiyi kimi sürətlə baş vermir və bu daha çox dataya ehtiyacın olması ilə əlaqədardır.


Create Account



Log In Your Account