Apr 24 2020 15:23
Elshad Aliyev
Views: 129

“REACT-C19 layihəsi artıq başlayıb. Türkiyədən gələn 19 azərbaycanlı həkim artıq bölgələrə yola düşməyə hazırlaşır”. 

APA-nın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının virtual mətbuat konfransında ÜST-ün mütəxəssisi Elturan İsmayılov bildirib. 

Onun sözlərinə görə, həmin həkimlər getdikləri xəstəxanalardakı vəziyyəti qiymətləndirəcək və boşluqları deyəcəklər, eyni zamanda, ixtisasları üzrə təlim keçəcəklər: “Layihə iyunun sonuna qədər davam edəcək və 16 xəstəxananı əhatə edəcək. Əksər bölgələrə gedilməsi planlaşdırılır. Növbəti mərhələdə, mayın 4-dən 12-nə qədər həkimlər Gəncə, Goranboy, Şəmkir, Ağdaşda olacaqlar. Bir-birinə yYaxın rayonlar seçilib ki, rahat koordinasiya olsun. Həkimlər oada 2 həftə olacaqlar. Bu müddətdə nə problem varsa aşkarlanacaq, necə dəstək olmaq olarsa tövsiyələr veriləcək, treninqlər keçiriləcək”. 


Create Account



Log In Your Account