May 24 2021 17:58
Elshad Aliyev
Views: 130

Bəşəriyyət tez və ya gec indikindən daha təhlükəli pandemiya ilə qarşılaşacaq. Daha yoluxucu və öldürücü virus meydana çıxacaq.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus qurumun 74-cü sessiyasının açılışında çıxış edərkən deyib.

ÜST rəhbərinin sözlərinə görə, viruslarla mübarizə dövlətlərin bir-biri ilə yarışmalı olduğunu deyil, əksinə, əməkdaşlıq etməli olduğunu göstərdi. “Biz faktiki olaraq seçim qarşısında qalmışıq: bir yerdə fəaliyyət göstərməli, yoxsa müdafiəsiz qalmalıyıq”, - deyə Tedros Adhanom Qebreyesus bildirib.

Qeyd edək ki, mayın 24-dən iyunun 1-dək virtual formatda keçirilən Ümumdünya Səhiyyə Assambleyasının əsas mövzusu COVID-19 pandemiyasına qarşı mübarizə və yeni qlobal fövqəladə vəziyyətlərin qarşısının alınmasıdır. Assambleyada dünyanın hər yerindən nümayəndə heyətləri iştirak edirlər.

 


Create Account



Log In Your Account