Dec 10 2019 12:28
Elshad Aliyev
Views: 263

İsveçrənin "Stadler" şirkətindən alınan 2 yeni ikimərtəbəli elektrik qatarı Bakıya gətirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibi Natəvan Bayramova deyib.

O bildirib ki, yeni qatarlar Bakı-Sumqayıt və Bakı-Pirşağı istiqamətində hərəkət edəcək. Qatarlar tezliklə xəttə buraxılacaq.

N.Bayramova qeyd edib ki, yeni qatarlarda 371 oturacaq var və bununla da "Stadler"dən alınan qatarların sayı 9-a çatıb. Yeni qatarların alınmasına səbəb yaranan sərnişin sıxlığıdır.

"Stadler" şirkətindən "FLIRT" tipli birmərtəbəli daha 6 qatar alınması ilə bağlı müqavilə imzalanıb. Bu qatarlar da yaxın 3 il ərzində Bakıya gətiriləcək.


Create Account



Log In Your Account