Jan 10 2017 10:57
Ulviyye Sabirqizi
Views: 1345

"Türk Hava Yolları" (THY) aviaşirkəti bu gün səhər saatlarına olan İstanbul-Bakı və Bakı-İstanbul reyslərini ləğv edib.

Buna səbəb İstanbulda 4 gündən çoxdur davam edən əlverişsiz hava şəraitidir.

Heydər Əliyev Beynəlxalq Hava Limanından isə bildiriblər ki, AZAL Bakı-İstanbul reysi üzrə bütün uçuşları yerinə yetirir:
"İstanbulda qarlı-şaxtalı hava şəraitinə baxmayaraq, Bakıdan İstanbula və əks istiqamətdə reyslər təxirə salınmayıb. İlk təyyarə saat 09:59-da Bakıdan İstanbula uçub. Bu gün "Türk Hava Yolları"nın saat 20:45-də İstanbuldan Bakıya uçmalı olan və 11 yanvar saat 00:30-da eniş edəcək bir reysi hələ ləğv edilməyib. Təfərrüatlar gün ərzində məlum olacaq".
Qeyd edək ki, Türkiyədə qarlı-şaxtalı hava şəraiti səbəbindən THY son 4 gündə İstanbul aeroportlarından mindən çox uçuşu ləğv edib.
Ümumilikdə "Türk Hava Yolları"nın yanvarın 4-dən 989 aviareysi ləğv edilib. Ötən gün isə bu göstərici 1400-ü keçib. Bu gün də 121 reysin ləğv edildiyi bildirilir.

 


Create Account



Log In Your Account