Jan 26 2017 11:29
Ulviyye Sabirqizi
Views: 1647

Türkiyədəki əlverişsiz hava şəraiti ilə əlaqədar yanvarın 26-da və 27-də İstanbulun “Atatürk” və “Sabiha Gökçen” hava limanlarında nəzərdə tutulan 463 aviareys təxirə salınıb.

Rəsmi məlumata görə, təxirə salınan reyslərin 327-si “Türk Hava Yolları”nın (THY) payına düşür.

Ləğv edilən və yaxud vaxtı dəyişən reyslərlə bağlı sərnişinlərə əlavə məlumat vermək üçün “THY” şirkətində və hava limanlarında “qaynar xətt” yaradılıb.

 


Create Account



Log In Your Account