May 01 2020 14:03
Elshad Aliyev
Views: 53

Türkiyədə COVID-19-la əlaqədar tətbiq olunan üç günlük komendant saatını pozaraq 1 may - Əmək və Həmrəylik Günü münasibətilə İstanbulda yürüş etməyə cəhd göstərən 26 nəfər saxlanılıb.

AZƏRTAC xəbər verir ki, aralarında ölkənin İnqilabçı İşçilər Birliyi Konfederasiyasının rəhbəri Arzu Çərkəzoğlunun da olduğu 15 nəfərdən ibarət qrupun İstanbulun Beşiktaş bölgəsindən Taksim Meydanına yürüş etmək istədiyi bildirilir. Eyni məqsədlə toplaşan 11 nəfərdən ibarət daha bir qrup isə şəhərin Kadıköy sahilində saxlanılıb.


Create Account



Log In Your Account