Jun 09 2021 16:54
Elshad Aliyev
Views: 108

İstanbulda PKK terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilir.

AZƏRTAC xəbər verir ki, terror təşkilatının üzvləri ilə bağlı cinayət işi üzrə aparılan istintaq çərçivəsində daha 11 nəfərin saxlanılması barədə qərar qəbul olunub. Həmin şəxslər terror təşkilatına maddi dəstək göstərməkdə təqsirləndirilirlər. Bu məqsədlə iyunun 9-da səhər saatlarından etibarən şəhərin yeddi rayonunda axtarış aparılıb.

On iki ünvanda aparılan əməliyyatlar zamanı saxlanılanlar arasında Xalqların Demokratik Partiyasının (HDP) İstanbulun Bəyoğlu rayon təşkilatının həmsədri Mehmet Sait Bor da var.


Create Account



Log In Your Account