Jan 01 2017 09:21
Ferah Sabirqizi
Views: 1872

İstanbulun əyləncə mərkəzi sayılan Ortaköydə yerləşən "Reina" gecə klubuna silahlı şəxsin hücumu olub. Santa Klaus geyimli naməlum silahlı şəxs klubun qarşısında mühafizə çəkən polisi öldürəndən sonra içəri keçib, orada əylənən insanlara atəş açıb.

Terrorçu qarşısına çıxan insanları sözün əsl mənasında darayıb. Camaat arasında panika yaşanıb, bir çoxları özünü gecə klubunun eyvanından dənizə atıb. Sonra terrorçu geyimini dəyişərək aradan çıxıb. Hazırda polis tərəfindən qatilin axtarışları davam etdirilir.

Nəticədə  39 nəfər ölüb, 65 nəfər yaralanıb. Yaralılardan 4-nün vəziyyəti ağırdır.

Türkiyə daxili işlər naziri Süleyman Soylu hadisəni qətliam adlandırıb. Nazir bildirib ki, hadisə bir nəfər tərəfindən törədilib. Nazir ölənlərdən 16-nın başqa ölkələrin vətəndaşı olduğunu açıqlayıb.

Olayda həyatını itirən 39 nəfərdən  4-ü də “Reina” gecə klubunun işçiləridir. 

 

 


Create Account



Log In Your Account