Mar 10 2017 15:32
Ulviyye Sabirqizi
Views: 1665

İstanbulun Beylikdüzü rayonunda “Əczacıbaşı” Şirkətlər Qrupuna məxsus “Sikorsky S-76” tipli helikopter qəzaya uğrayıb.

CBC-nin “Milliyet”ə istinadən verdiyi məlumata görə, helikopterin qülləyə çırpılmasına səbəb dumanlı hava şəraiti olub.

Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları göndərilib.

Helikopterdə iki pilot və 5 sərnişin olub. Artıq sərnişinlərin kimliyi açıqlanıb. Bunlar “Eczacıbaşı Vitra”-nın Rusiya üzrə direktoru Salim Özen, Rusiya vətəndaşları Aleksandır Vanin, İgor Koçergin, Lyudmila Çurova və Yelena Badraqadır.

Türkiyənin NTV telekanalının məlumatına görə, helikopterdə olan 7 nəfərin heç bir sağ qalmayıb.

 


Create Account



Log In Your Account