Apr 20 2020 17:01
Elshad Aliyev
Views: 133

Aprelin 20-də İstanbulda yeni xəstəxana binasının bir hissəsinin açılış mərasimində Türkiyədə istehsal olunan “Səhra” mexaniki süni tənəffüs aparatının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın telekonfrans yolu ilə qatıldığı mərasimdə ölkənin Səhiyyə naziri Fahrettin Koca, Sənaye və Texnologiya naziri Mustafa Varank iştirak ediblər.

İstanbulun digər inzibati ərazilərində inşa edilən xəstəxanaların tikintisinin tam sürətlə davam etdiyini deyən Rəcəb Tayyib Ərdoğan bu ilin sonuna qədər səkkiz xəstəxana binasının istifadəyə veriləcəyini qeyd edib.

Bildirilib ki, təqdimatı keçirilən süni nəfəs aparatından mayın sonundan etibarən ayda beş min ədəd istehsal ediləcək.


Create Account



Log In Your Account