Mar 03 2020 12:47
Elshad Aliyev
Views: 34

İstanbulun ictimai nəqliyyat vasitələri, xüsusilə metro stansiyaları və qatarları yeni növ koronavirusa qarşı hər gün dezinfeksiya edilir.

AZƏRTAC xəbər verir ki, gün ərzində iki milyondan çox insanın istifadə etdiyi metro vaqonları və stansiyalarında aparılan təmizlik və dərmanlama işləri İstanbul Böyükşəhər Bələdiyyəsi və bu qurumun Sağlamlıq İdarəsi tərəfindən həyata keçirilir.

Bundan əlavə ictimai nəqliyyat vasitələrində ayda bir dəfə genişmiqyaslı təmizləmə tədbirləri görülür. Dezinfeksiya işlərinə 600-ə yaxın mütəxəssis cəlb edilib.


Create Account



Log In Your Account