Dec 10 2019 16:33
Elshad Aliyev
Views: 173

Azərbaycan İstiqlal Muzeyi tərəfindən Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrində ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü münasibətilə “Ümummilli lider Heydər Əliyev xatirələrdə” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə şəxsi heyətə ümummilli liderin fəaliyyəti haqqında məlumat verilib. Tədbirdə rejissor Mehriban Ələkbərzadənin müəllifi olduğu “Dahi şəxsiyyət” adlı sənədli film nümayiş edilib.

Sonda hərbiçilər Azərbaycan İstiqlal Muzeyi tərəfindən Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olublar.


Create Account



Log In Your Account