Apr 15 2020 11:53
Elshad Aliyev
Views: 96

Baş nazir Əli Əsədovun tapşırığına əsasən, istilik mövsümü uzadılıb.

Bu barədə APA-ya açıqlamasında "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin sədr müavini İlham Mirzəliyev bildirib.

O qeyd edib ki, Baş nazirin tapşırığına əsasən, yaşayış binaları aprelin 25-nə qədər istiliklə təmin olunacaq: "Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əsasən insanlar evdə olduğu üçün bu tapşırıq verilib. Hava hazırda o qədər də isti olmadığından temperatur rejimini tənzimləmək və insanların rahatlığı üçün binaların istiliklə təmin olunmasının aprelin 25-nə qədər uzadılması məqsədəuyğun hesab edilib".

Qeyd edək ki, istilik mövsümü aprelin 15-də başa çatırdı. 


Create Account



Log In Your Account