Jun 17 2021 16:55
Elshad Aliyev
Views: 89

Yanvar-may aylarında istilik elektrik (İES) və su elektrik stansiyalarında (SES) istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 5 ayda respublikada elektrik enerjisinin istehsalı 10 milyard 928 milyon kilovat/saat olub. Hesabat dövründə ötən ilin eyni aylarına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 15,9 milyon kilovat/saat artaraq 10 milyard 115,1 milyon kilovat/saat, SES-lərdə 110,1 milyon kilovat/saat çoxalaraq 659,1 milyon kilovat/saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 2 milyon kilovat/saat artaraq 153,8 milyon kilovat/saat olub.


Create Account



Log In Your Account