Nov 04 2019 10:40
Elshad Aliyev
Views: 18

İsveçin paytaxtı Stokholm şəhərində Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramına üzv ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Gürcüstanın xarici işlər naziri David Zalkaliani toplantıda iştirak etmək üçün Stokholma gedib.

Tədbir İsveç tərəfinin təşəbbüsü ilə “Şərq tərəfdaşlığı” proqramının 10 illiyi ilə əlaqədər təşkil olunacaq. Görüşdə proqrama üzv ölkələrin XİN başçıları ilə yanaşı, İsveçin xarici işlər naziri Anna Lind, Avropa Komissiyasında Qonşuluq və İttifaqın Genişlənməsi ətrafında Danışıqlar üzrə baş direktor Kristian Danielson və Polşa xarici işlər nazirinin müavini Marçin Pşidaç da iştirak edəcək.

D. Zalkaliani İsveçə səfəri çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirəcək.


Create Account



Log In Your Account