Jun 12 2020 18:00
Elshad Aliyev
Views: 506

İyunun 12-də İstiqlal Muzeyi və İdrak liseyinin birgə təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan videokonfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, videokonfransda İstiqlal Muzeyinin elmi işçisi Şövkət Əskərova xalqımızın ümummilli lideri Heydər Əliyevin bacarıqlı dövlət xadimi, dünya şöhrətli siyasətçi, Azərbaycan dövlətçiliyinin möhkəm təməlini yaradan və ölkəmizi davamlı inkişaf yoluna çıxaran qüdrətli şəxsiyyət olduğu barədə danışıb.

Muzeyin elmi işçisi Gülər Əskərova çıxışında qeyd edib ki, Ulu Öndərin həyat və fəaliyyəti müasir tariximizin mühüm mərhələsini təşkil edir. Görkəmli dövlət xadimi Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkə həyatının bütün sahələrinə xüsusi diqqət yetirib. Onun əsasını qoyduğu davamlı inkişaf siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

İdrak liseyinin şagirdlərindən Nərgiz Yusubova, Sona İsmayılova, Lalə Mehtiyeva və Fidan Axundova ümummilli lider Heydər Əliyevin 1993-cü ilin yayında xalqın tələbi ilə hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirdiyini və ölkəmizin başı üzərini alan təhlükəni sovuşdurduğunu bildiriblər. Qeyd olunub ki, bu gün də Ulu Öndərin memarı və qurucusu olduğu müstəqil Azərbaycan dövləti onun müəyyən etdiyi yolla inamla irəliləyir.

Sonra lisey şagirdləri üçün onlayn ekskursiya təşkil edilib.

 


Create Account



Log In Your Account