May 07 2020 15:13
Elshad Aliyev
Views: 117

Mayın 7-də İstiqlal Muzeyində İkinci Dünya müharibəsində qələbənin əldə edilməsinin 75-ci ildönümü ilə əlaqədar “Qələbə naminə” onlayn sərgi-tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, “Qələbə naminə” onlayn sərgidə muzeyin fondlarında saxlanılan İkinci Dünya müharibəsinə aid olan 30 ədəd afişa, müharibədə istifadə olunan silah nümunələri nümayiş etdirilir.

Tədbiri çıxış sözü ilə muzeyin direktor vəzifəsini müvəqqəti icra edən Sədi Mirseyibli açaraq Azərbaycanın qələbədəki rolu haqqında onlayn izləyicilərə məlumat verib.

Sərgi-tədbirdə Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş və Arzu Əliyevanın layihə rəhbəri olduğu “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi nümayiş olunub.

İzləyicilər üçün sərgidən onlayn ekskursiya təşkil edilib.

Sərgi-tədbirdə Sumqayıt şəhərinin, Lənkəran, Masallı və Tovuz rayonlarının məktəbliləri və digər qonaqlar onlayn şəkildə iştirak ediblər.


Create Account



Log In Your Account