Mar 05 2020 12:45
Elshad Aliyev
Views: 44

“İstiqlal salnaməsi: Azərbaycan Respublikasının müstəqillik tarixi” kitabının 5 cilddə nəşr olunması nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında bildirilib.

AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli iclasda “İstiqlal salnaməsi: Azərbaycan Respublikasının müstəqillik tarixi” kitabı barədə məlumat verib. Kitabın ideyası, məzmunu, redaksiya və müəlliflər heyəti barədə geniş müzakirələr aparıldıqdan sonra Rəyasət Heyətinin qərarı ilə nəzərdə tutulan çoxcildliyin baş redaktoru AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev olmaqla, 10 nəfərdən ibarət müəlliflər heyəti təsdiqlənib.


Create Account



Log In Your Account